Şəhid operator Sirac Abışov dəfn olundu – FOTOLAR + YENİLƏNİB


Kəlbəcərdə şəhid olan AzTV-nin əməkdaşı Sirac Abışov dəfn edilib.


Yeniavaz.com xəbər verir ki, peşə fəaliyyətini yerinə yetirərkən minaya düşən S.Abışov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasiminə şəhidin ailə üzvləri, şəhər rəhbərliyi, millət vəkilləri, media nümayəndələri, eləcə də ictimaiyyət nümayəndələri qatılıb.


***10:58

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan jurnalist, AzTV-nin operatoru Sirac Abışovla vida mərasimi keçirilir.
Yeniavaz.com xəbər verir ki, Sirac Abışovun yaşadığı evdə - Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində keçirilən vida mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, media, ictimaiyyət nümayəndələri iştirak edir.
Şəhid jurnalist Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediləcək.





 

DİGƏR XƏBƏRLƏR

Top