ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana gələcək


ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker 6-13 iyun tarixlərində Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, səfərin məqsədi "ikitərəfli və regional prioritetlərin təşviqi" və "bölgədə demokratik və iqtisadi inkişafa dəstək" olacaqdır.

Azərbaycanda F.Riker hökumət, vətəndaş cəmiyyəti və biznes nümayəndələri ilə görüşəcək və Qarabağdakı vəziyyətlə bağlı məsələləri müzakirə edəcək.

DİGƏR XƏBƏRLƏR

Top