Gürcüstan və Ukrayna səfirliyindən Kəlbəcərdə şəhid olan jurnalistlərlə bağlı başsağlığı


Gürcüstanın Azərbaycandakı Səfirliyi media işçiləinin Kəlbəcərdə faciəvi ölümü ilə bağlı başsağlığı verib.
Bu barədə səfirliyin “Facebook” hesabında paylaşım edilib.
“Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi 4 iyun tarixində Kəlbəcər rayonunda baş vermiş faciə ilə əlaqədar başsağlığı verir. Hadisə zamanı Azərbaycan mediasının iki üzvü və Kəlbəcər rayonunun kəndlərindən birinin icra hakimiyyəti başçısının müavini həlak olublar. Azərbaycanın hər üç vətəndaşı tank əleyhinə minanın partlaması nəticəsində həlak olub. Gürcüstan Səfirliyi ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - deyə səfirliyin bəyanatında bildirilib.

"Qarabağ müharibəsinin əks-sədaları hələ də Azərbaycan torpağında eşidilir".

Bu sözlər isə Ukraynanın Azərbaycandakı Səfirliyinin rəsmi "Facebook" səhifəsində bildirilib. "Azərbaycan vətəndaşları, o cümlədən AzTV və AZƏRTAC Xəbər Agentliyinin əməkdaşlarının həlakı barədə xəbər bizi son dərəcə sarsıtdı. Yaralananlara şəfa diləyirik. Təəssüflər olsun ki, Qarabağ müharibəsinin əks-sədaları hələ də Azərbaycan torpağında eşidilir", - deyə səfirlik qeyd edib.//apa

DİGƏR XƏBƏRLƏR

Top