Kəlbəcərdə şəhid olan media nümayəndələrinin nəşi ailə üzvlərinə təhvil verilib – FOTO


Kəlbəcərdə minaya düşərək həlak olan Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin nəşi yaxınlarına təhvil verib.

Onların nəşi müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gətirilmişdi.

Onların sabah torpağa tapşırılacağı ehtimal olunur.



20.52
Kəlbəcər rayonunda minanın partlaması nəticəsində həlak olan AzTV-nin əməkdaşı Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gətirilib.
Onların nəşi müayinə olunduqdan sonra yaxınlarına təhvil veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top