Qırğızıstan prezidenti Sadır Japarovun korteji qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmət məlumat yayıb.
Məlumata bildirilib ki, hadisə İssık-Kul ərazisində qeydə alınıb.
Belə ki, qarşıdan gələn minik avtomobili əks yola çıxaraq prezident mühafizəsi maşınına çırpılıb.
Qəza nəticəsində prezident mühafizəsinin əməkdaşı həlak olub. S.Japarovun heç bir xəsarət almadığı bildirilib.
Hazırda qəzanın təfərrüatları araşdırılır.