“Human Rights Watch” Kəlbəcərdəki hadisəyə münasibət bildirdi – FOTO


“Human Rights Watch” təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Qoqia Kəlbəcərdə mina partlaması nəticəsində baş vermiş faciəyə münasibət bildirib.
Bu barədə o, özünün “Twitter” hesabında yazıb.
“Azərbaycanda, Kəlbəcər yaxınlığında tank əleyhinə minanın üç mülki şəxsin ölümünə səbəb olduğu bildirilir. Minanın təzəlikcə qoyulması və ya birbaşa mülki əhalini hədəf alması xüsusilə narahatlıq doğurur. Minalar mülki əhali üçün davamlı təhlükə yaradır və münaqişədən sonrakı bərpa işlərinə mane olur”, - G.Qoqia qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top