"Onlar bizim şəhid jurnalistlərimizdir" – Fulya Öztürk


44 günlük Vətən müharibəsində cəbhə bölgəsində baş verənləri dünya ictimaiyyətinə çatdıran Fulya Öztürk bu gün Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərlə bağlı REAL TV-yə açıqlama verib.
Jurnalist Ermənistanın növbəti dəfə qətliam törətdiyini və bu qətliamla da günahsız insanların həyatlarına son verdiyini vurğulayıb.
O 44 günlük müharibə zamanı ermənilərin törətdiyi vəhşilikləri dünyaya çatdırarkən Sirac Abışovla, Məhərrəm İbrahimovun daima ona dəstək olduğunu bildirərək, eşitdiyi xəbərdən çox təsirləndiyini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top