Şəhid olan icra nümayəndəsi müavininin FOTOSU


Xəbər verdiyimiz kimi, bu gün Kəlbəcərdə avtomobilin minaya düşməsi nəticəsində 3 nəfər həlak olub. 

Həlak olanlardan ikisi jurnalist biri isə Kəlbəcər rayon İcra Hakimiyyəti Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevdir.
Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan A. Əliyevə də şəhid statusu veriləcək.

Qeyd edək ki, bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Az TV telekanalının operatoru Sirac Abışov, Azərtac xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimov və RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

DİGƏR XƏBƏRLƏR

Top