Hindistanda daha 3 koronavirus mutasiyası aşkar edildi


Hindistan Tibb Elmləri İnstitutunun alimləri peyvənd olunanlar da daxil olmaqla bəzi şəxslərdə üç mutasiyaya uğramış koronavirus ştamı aşkar ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “News Bytes” nəşri məlumat yayıb. Bildirilib ki, yeni ştam aşkar edilən xəstələrdən 36-na peyvəndin hər iki dozası, 27-nə isə yalnız bir dozası vurulub. Bəhs edilən ştam Hindistanın Maharaştra əyalətində aşkar edilib. Həmin mutasiyaların ölkədə pandemiyanın ikinci dalğasına səbəb ola biləcəyi qeyd olunur.
 

DİGƏR XƏBƏRLƏR

Top