Jurnalistlərin minaya düşdüyü yerdən yeni görüntülər – VİDEO


Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Hadisənin baş verdiyi ərazidən yeni görüntülər yayılıb.
Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Az TV telekanalının operatoru Sirac Abışov, Azərtac xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimov və RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

DİGƏR XƏBƏRLƏR

Top