Rusiya “Sputnik V”ni 12 yaşdan yuxarı uşaqlar üzərində sınaqdan keçirəcək


Rusiya Səhiyyə Nazirliyi yaxın günlərdə “Sputnik V” peyvəndinin 12 yaşdan yuxarı uşaqlar üzərində sınaqdan keçirilməsinə icazə verəcək.
Yeniavaz.com
“İnterfax”a istinadla xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib. O bildirib ki, peyvəndin uşaqlar üzərində təhlükəsizliyini və effektivliyini yoxlamaq üçün artıq kliniki tədqiqat protokolu hazırlanıb:
“Düşünürəm ki, tezliklə sınaqlara başlayacağıq. İndi mütəxəssislər peyvəndin hamilə qadınlar üzərindəki təsirini araşdırır. Yaxın vaxtlarda bu proses tamamlanacaq”.
 

DİGƏR XƏBƏRLƏR

Top