Həlak olan jurnalistlərin xatirəsinə anım guşəsi yaradılıb – VİDEO


Bu gün Kəlbəcərdə minaya düşərək həlak olan AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun xatirəsinə Mehdi Hüseyn küçəsi, 1 ünvanında anım guşəsi yaradılıb.
Yeniazvaz.com
xəbər verir ki, ölkənin bir sıra nüfuzlu media orqanlarının əməkdaşları və ictimai-siyasi xadimlər həmin ünvana üz tutublar.
Qeyd edək ki, bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Az TV telekanalının operatoru Sirac Abışov, Azərtac xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimov və RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

DİGƏR XƏBƏRLƏR

Top