Məhərrəm İbrahimov sabah dəfn olunacaq – VİDEO


"Bizə verilən məlumata əsasən meyit hadisə yerindən çıxarılıb. Çox güman ki, sabah mənzilə çatdırılacaq. Dəfn çox güman ki, sabaha nəzərdə tutulub".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri "Real TV"ə bu gün şəhid olan "Azərtac" xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov deyib.
O bildirib ki, Məhərrəmə II Dünya Müharibəsində həlak olan babasının adı qoyulmuşdu.
Qeyd edək ki, bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Az TV telekanalının operatoru Sirac Abışov, Azərtac xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimov və RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

DİGƏR XƏBƏRLƏR

Top