İngiltərədə 12-15 yaşlı uşaqlara bu peyvənd vurulacaq


İngiltərənin Sağlamlıq Məhsullarına Nəzarət Agentliyi 12-15 yaşlı uşaqlar üçün “BioNTech- Pfizer” peyvəndinin istifadəsini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İngiltərə hökumətinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, yeniyetmələr arasında aparılan sınaqlar zamanı “BioNTech- Pfizer”in təhlükəsizliyi təsdiqlənib:
"12 ilə 15 yaş arasındakı yeniyetmələrdə aparılan klinik tədqiqatların məlumatlarını diqqətlə nəzərdən keçirdik və “BioNTech- Pfizer”in bu yaş qrupunda təhlükəsiz və təsirli olduğunu gördük. Peyvəndin faydalarının riskdən daha çox olduğu qənaətinə gəldik".

 

DİGƏR XƏBƏRLƏR

Top