Kolumbiyada böyük etiraz aksiyası keçiriləcək


Kolumbiyada 28 apreldən bəri hökumət əleyhinə aksiyalar keçirən Milli Tətil Komitəsi insanları 9 iyunda keçirələcək etiraz aksiyasına çağırıb.
Yeniavaz.com
“AA”ya istinadla xəbər verir ki, hökumət ilə aparılan danışıqlardan nəticə ala bilməyən komitə iyun ayının 9-da paytaxt Boqota başda olmaqla bir çox şəhərdə İvan Duque hökumətinə etiraz aksiyası keçirəcək.
Qeyd edək ki, hökumət etirazçılarla razılaşmaq üçün yollardakı barrikadaların qaldırılması şərtini qoymuşdu. Komitə isə qurulan barrikadaların sadəcə 90 faizinin qaldıracağını bildirmişdi.
Məlumat üçün deyək ki, 28 apreldən bəri baş verən etirazlarda 2-si polis olmaqla 48 nəfər ölüb, 2 min nəfərdən çox insan isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top