Nigeriyada məktəbdən qaçırılan uşaqların sayı bilindi


Mayın 30-da Nigeriyanın Tegina bölgəsindəki Salihu Tanko məktəbindən qaçırılan uşaqların sayının 136 nəfər olduğu açıqlanıb. 
Yeniavaz.com
“AA”ya istinadla xəbər verir ki, bu barədə Niger vilayətinin qubernator müavini Əhməd Ketso açıqlama verib. O bildirib ki, uşaqların ailələri ilə əlaqə saxladıqdan sonra 136 uşağın qaçırıldığı təsdiqlənib.
Qeyd edək ki, uşaqları qaçıran şəxslər onları sərbəst buraxmaq qarşılığında məktəb müdirindən 110 milyon Nigeriya nairası (456.000 manat) tələb edib.

DİGƏR XƏBƏRLƏR

Top