"Ərazilərimizdə basdırılmış minaların on qatını Ermənistanda basdırmalıyıq" – Fazil Mustafa


"Artıq yetərli deyilmi? Biz bu cür mina partlayışı xəbərlərini ermənilərin yaşadığı hər köşədən almalıyıq. Bizim ərazilərimizdə basdırılmış minaların on qatını Ermənistan ərazisində, on qatını da erməni separatçılarının yaşadığı Azərbaycan ərazisində basdırmalıyıq".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Az TV telekanalının operatoru Sirac Abışov və Azərtac xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimovun minaya düşərək dünyasını dəyişməsinə münasibət bildirən Fazil Mustafa feysbukda yazıb. O bildirib ki, terror terrorla cavab verilməlidir:
"Bu vəhşilər durub sizə xəritə verəcəklər? Adamlar durmurlar, hər bir azərbaycanlı qətli bu vəhşi millət üçün bir təsəlli sayılır. Mina terroruna mina terroru ilə də cavab verilməlidir. Bunu bacaran oğullarımız var, mütəxəssislərimiz var. Bu millət cavab görməyincə durmayacaq. Terroruna terrorla, minasına mina, yumruğuna yumruqla cavab verilməlidir".
Qeyd edək ki, bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov, Məhərrəm İbrahimov və RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

DİGƏR XƏBƏRLƏR

Top