Azərbaycanlını öldürən rus polisin həyat yoldaşı Putinə müraciət etdi: "Təhdid edilirik"


Novosibirskdə azərbaycanlı Vəkil Abdullayevi başından vuraraq öldürən polis Aleksandr Qusevin həyat yoldaşı Natalya Quseva Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki Natalya Quseva Rusiya prezidenti Vladimir Putindən, FSB-dən və Rusiya İstintaq Komitəsi rəhbərlərindən kömək istəyib. O bildirib ki, ailələrinə qarşı təhdidlər gəlir: "Təhdid edilirik, bizi sağlamlıq və əmlaka vurula biləcək mümkün təcavüzlərdən qorumağımızı xahiş edirəm".
Xatırladaq ki, may ayının 28-də rus polislər saxladıqları iki azərbaycanlını xidməti avtomobillərinə mindirərəkən onlardan biri, 19 yaşlı Vəkil Abdullayev polisə müqavimət göstərməyə başlayıb. Polis güc işlədərək gəncin qollarını burub avtomobilin üzərinə uzandırmağa çalışıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapancadan açılan atəş nəticəsində 19 yaşlı gənc dünyasını dəyişmişdi. 
Hadisə günü polis bölməsi və xəstəxananın silahlı azərbaycanlılarla birlikdə 60-a yaxın maşın tərəfindən mühasirəyə alındığı, qatilin onlara verilməsini tələb etdikləri bildirilmişdi. Daha sonra həmin bölgəyə OMON dəstəsi yeridilmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top