Azərbaycanda 150 min evdə hamam yoxdur – RƏSMİ


Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycan əhalisinin sayı 10 milyon 119 min nəfər olub. Hər ev təsərrüfatında orta hesabla 4,12 nəfər olduğunu nəzərə alsaq, o zaman ölkədə orta hesabla 2 milyon 465 min ev təsərrüfatı mövcuddur.
Yeniavaz.com-un açıqladığı sonuncu rəsmi statistik göstəricilərə istinadən apardığı hesablama göstərir ki, ölkə üzrə mövcud olan 2 milyon 465 min ev təsərrüfatının 6,1%-də və ya 150 min evdə hamam mövcud deyil. 
Bundan başqa 277 min evdə su kəməri, 37 min evdə şəbəkə qazı və kanalizasiya yoxdur.
 

DİGƏR XƏBƏRLƏR

Top