Şəhid Orxan Yusubov dəfn olundu – FOTOLAR + YENİLƏNİB


Şəhid Orxan Yusubov dəfn olunub.

Yeniavaz.com xəbər verir ki, dəfn mərasimində şəhidin yaxınları, hərbçi yoldaşları, Gəncə şəhər ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.





***12:57

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Orxan Yusubovun nəşi ailəsinə verilib.


Yeniavaz.com xəbər verir ki, hazırda onunla vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak edir. 

Vida mərasimindən sonra Şəhid Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü O.Yusubov müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər olub və 8 ay itkin düşən hərbiçilərin siyahısında olub.

DİGƏR XƏBƏRLƏR

Top