Bakıda “Formula-1” yarışı başladı


Bakıda “Formula-1" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüşə start verilib.

“Formula-2” pilotlarının ardınca “Formula-1” komandaları bolidlərini sınaqdan keçirməyə başlayıblar.

Saat 12:30-da start götürən birinci sərbəst yürüş bir saat çəkəcək. Komandalar saat 16:00-dan 17:00-dək ikinci sərbəst yürüşə qatılacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. (APA)

DİGƏR XƏBƏRLƏR

Top