
Serbiyada hərbi zavodun anbarlarından birində partlayış olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RTS” telekanalı məlumat yayıb. Hadisə nəticəsində itkinin olmadığı bildirilib:
"Partlayış, xoşbəxtlikdən, müəssisənin özündə deyil, anbarında baş verib. Müəssisənin bütün işçiləri evakuasiya edilib, hadisə yerinə çox sayda xilasetmə qüvvələri cəlb edilib”.
Məlumatda həmçinin qeyd olunub ki, zavoda yaxın yerləşən yaşayış evləri təxliyə edilib.