
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin guya koronavirusa yoluxması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılıb.
Yeniavaz.com xəbər verir ki, Məsələ ilə bağlı AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi Oxu.Az-a bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks ertdirmir.
“AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır”, - məlumatda qeyd edilib.
***11:17
AMEA prezidenti Ramiz Mehdiyev koronavirusa yoluxub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Demokrat.az-a AMEA-dan məlumat daxil olub.
Məlumata görə, Ramiz Mehdiyev 1 həftədir ki, koronavirusa yoluxub və müalicə alır.
Vəziyyətinin ağır olduğu bildirilir.