Ezgi Molaya dəstək olan 16 məşhur məhkəməyə verildi


Türkiyənin məşhur aktrisası Ezgi Molaya dəstək olan 16 tanınmış məhkəməyə verilib.
Yeniavaz.com
xəbər verir ki, türkiyəli məşhurlar Hazal Kaya, Hadise, Mahsun Kırmızıgül, Kerem Bursin, Atilla Taş, Sarp Akkaya, Sərkay Tütüncü və digərləri Ezgi Molaya dəstək olduqlarına görə məhkəməyə verilib. 
Xatırladaq ki, aktrisa Ezgi Mola ötən il intihar edən İpek Erə təcavüz edən və 12 ildən çox azadlıqdan məhrum edilən Musa Orhanın istintaq müddətində sərbəst buraxılmasına qarşı çıxmışdı. O,“təcavüzçü şərəfsizi azad edən vicdanınızda boğulun” - deyə status yazmışdı. Bu səbəblə M.Orhanın vəkili onun barəsində Ankara Cümhuriyyət Prokurorluğuna şikayət edərək həbs olunmasını istəmişdi. Buna qəzəblənən məşhurlar isə “EzgiMolaYalnızDeğildir” həştəqi ilə  aktrisanın yanında olduqlarını bildirmişdilər. 
Qeyd edək ki, Ezgi Mola Türkiyədə məşhur aktrisalardan biridir. O, bir çox məşhur film və seriallarda rol alıb. 

DİGƏR XƏBƏRLƏR

Top