Qırğızıstan-Tacikistan arasında yenidən gərginlik yaşandı


Qırğızıstan Tacikistanı dövlət sərhədində razılaşma qaydalarını pozduğunu bildirib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat verib. Bildirilib ki, Tacikistanın hərbi qulluqçuları, Qırğızıstan-Tacikistan sərhədinin mübahisəli bölgələrində 1000 metr irəliləyiblər. Bu isə hər iki ölkə arasında  delimitasiya və demarkasiya prosesi başa çatana qədər sərhəddə hərəkət etmək barədə əldə edilən razılığa ziddir.
Qeyd edək ki, 29 apreldə Qırğızıstan-Tacikistan arasında qarşıdurma olmuşdu. Hadisə nəticəsində hər iki tərəfdən ölən və yaralananlar vardı. 

DİGƏR XƏBƏRLƏR

Top