Bu gün Azərbaycan Qran-prisi başlayır


Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

Sayca beşinci dəfə təşkil olunacaq yarışın birinci günündə "Formula 2"də sərbəst yürüş və sıralama turu, "Formula 1"də isə 2 sərbəst yürüş gerçəkləşəcək.

Qran-priyə "Formula 2" pilotlarının sərbəst yürüşləri ilə start veriləcək. Günün sonunda "Formula 1"də ikinci sərbəst yürüş başa çatmış olacaq.

İyunun 5-də "Formula-2"də sprint yarışları, həmçinin "Formula-1"də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.

İyunun 6-da ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Koronavirus pandemiyası səbəbindən Qran-prilərdə şou və əyləncə proqramları keçirilmir.

DİGƏR XƏBƏRLƏR

Top