Bütün ailəsini Xocalıda itirən Baloğlan Allahyarov vəfat etdi


Xocalıda bütün ailəsini itirən Baloğlan Allahyarov 80 yaşında vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə məlumat verib. Deputat B. Allahyarovu Mingəçevirdə işləyərkən tanıdığını qeyd edib:
"Bu gün sosial şəbəkədə oxudum ki, Mingəçevirdə yaşayan Xocalı sakini Baloğlan kişi Allahyarov 80 yaşında dünyasını dəyişib.
Onu Mingəçevirdə icra hakimiyyətində işləyən dövrdən tanıyırdım. Sakit, abırlı bir insan idi. Heç vaxt heç nədən şikayət etməzdi, heç nə istəməzdi, sadəcə salamlaşmağa, əhval tutmağa gələrdi.
26 fevral 1992-ci ildə Xocalıda ermənilər onun bütün ailəsini öldürmüşdülər. Heç vaxt o hadisələrdən danışmazdı, amma gözlərində dərin bir kədər var idi. Xocalını görmək istəyirdi, evinin qapısını açmaq arzusunda idi.
Allah sənə rəhmət eləsin, Balaoğlan kişi, sən heç zaman yaddan çıxmayacaqsan".

DİGƏR XƏBƏRLƏR

Top