“Rusiya müharibəni dayandırmağı təklif etdi, Paşinyan imtina etdi” – Ambarsumyan


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun səlahiyyətlərini icra etmiş Mikael Ambarsumyan Nikol Paşinyanın müharibəni daha əvvəl dayandırmaq təklifini geri çevirdiyini iddia edib.
Yeniavaz.com
erməni mətbuatına istinadla xəbər verir ki, o, ötən il oktyabrın 19-da Təhlükəsizlik Şurasının iclasında generalların Paşinyana müharibədə məğlubiyyətin qaçılmaz olduğunu məruzə etdiklərini bildirib.
Ambarsumyan həmin vaxt Şuşa və Hadrutun bir hissəsinin onların əlində olduğunu deyib və həmin vaxt döyüş əməliyyatlarının dayandırılmasına dair Rusiyanın Azərbaycan tərəfi ilə konkret razılaşmaya gəldiyini bildirib. O, Paşinyanın həmin iclasda barədə heç nə danışmamasından təəcübləndiyini qeyd edib.
“Həmin razılaşmaya əsasən tərəflər tutduqları mövqelərdə qalırdı və Qarabağa Rusiya sülhməramlıları yeridilirdi. Əgər Paşinyan həmin təklifi qəbul etsəydi biz minlərlə qurban verməzdik”.

DİGƏR XƏBƏRLƏR

Top