ABŞ bu terrorçunun başına 7 milyon dollar pul mükafatı qoydu


ABŞ “Əl-Qaidə” terror qruplaşmasının Şimali Afrika qolu lideri Əbu Ubeyda Yusif əl-Ənnabi haqqında məlumat verən şəxsə 7 milyon dollar dəyərində pul mükafatı verəcək.
Yeniavaz.com
“AA”ya istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti xəbər yayıb. Verilən məlumata görə, "Ədalət üçün mükafat" kampaniyası çərçivəsində terror lideri əl-Ənnabinin olduğu yeri bildirən şəxsə pul mükafatı veriləcək.
Qeyd edək ki, əvvəlki başçı Əbdülmalik Drukdelin 2020-ci ilin iyun ayında Fransa Silahlı Qüvvələrinin xüsusi təyinatlıları tərəfindən zərərizləşdirilməsindən sonra əl-Ənnabi 2020-ci ilin noyabrında yeni lider elan edilib.

DİGƏR XƏBƏRLƏR

Top