Paşinyanın deputatlığa namizədi İran vətəndaşı çıxdı


Ermənistan Vətəndaş Müqaviləsi Partiyasından deputatlığa namizəd göstərilən Tiqran Davudyanın İran vətəndaşı olduğu müəyyən edilib.
Yeniavaz.com news.am-a istinadla xəbər verir ki, bu məlumatı seçkilərə nəzarət üzrə komitə bildirib. Bildirilib ki, bu, Ermənistan Konstitusiyasının tələblərinin pozulmasıdır.
Tiqran Davudyana İran İslam Respublikası vətəndaşlığından çıxmasına dair sənədin surətini təqdim etmək məsləhət görülüb.
Qeyd edək ki, Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Vətəndaş Müqaviləsi Partiyasının qurucusudur.
Xatırladaq ki, iyunun 20-də Ermənistanda parlamentə növbədənkənar seçkilər keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top