Ərdoğan YAP-ın nümayəndə heyətini qəbul edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti ilə görüşüb
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, Ərdoğan Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinə Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov daxildir.

DİGƏR XƏBƏRLƏR

Top