
Bu ilin may ayının əvvəlinə olan məlumata görə Azərbaycanın bank sektorunda 18 min 893 nəfər çalışıb.
Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, bank sektorunda çalışan işçilərin sayı ötən ilin aprel ayının əvvəlilə müqayisədə 953 nəfər və ya 4,8% azalıb. Bank işçilərinin sayının azalması ötən ilin aprel ayından sonrakı dövrdə 4 bankın - "AG Bank", “NBC bank", "Atabank" və "AmrahBank"ın bağlanması ilə əlaqədar olub.
Qeyd edək ki, ötən ilin əvvəlində bank sektorunda işləyən işçlərin sayı ilə bərabər bank şöbələri və filiallarının da sayı azalıb. Ötən ilin aprel ayının əvvəlində bank fililallarının sayı 506, bank şöbələrinin sayı 126 olub. Bu ilin may ayının əvvəlində isə bank fililallarının sayı 462, bank şöbələrinin sayı 102 olub. Bu dövrüdə bank ATM-lərinin sayı isə 2 677-dən 2 770-ya yüksəlib.