Dünyada COVID-19-dan sağalanların sayı 155 milyonu ötdü


Dünyada yeni növ koronavirus (COVID-19) pandemiyasından sağalanların sayı 155 milyonu ötüb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, dünyada COVID-19-dan sağalanların sayı 155 milyon 151 min 905 nəfərdir. Dünyada ən çox yoluxan sayı olan ilk 3 ölkə isə eyni zamanda ən çox xəstənin sağaldığı ölkələr sırasındadır.
Dünyada koronavirusdan ən çox sağalanların olduğu 10 ölkənin siyahısını təqdim edirik:
ABŞ - 27 milyon 986 min 511 nəfər
Hindistan - 26 milyon 390 min 584 nəfər
Braziliya - 15 milyon 168 min 330 nəfər
Türkiyə - 5 milyon 131 min 453 nəfər
Rusiya - 4 milyon 711 min 982 nəfər
İngiltərə - 4 milyon 293 min 977 nəfər
İtaliya - 3 milyon 886 min 867 nəfər
Almaniya - 3 milyon 518 min 600 nəfər
İspaniya - 3 milyon 460 min 447 nəfər
Argentina - 3 milyon 409 min 316 nəfər
Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 172 milyon 478 min 958 nəfər, ölənlərin sayı isə 3 milyon 708 min 29 nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top