Myanma COVID-19 pandemiyasının yeni mərkəzi ola bilər


Myanma hərbi çevrilişin səbəb olduğu siyasi böhranla yanaşı COVID-19-la da qarşı-qarşıya qalıb.
Yeniavaz.com
“Haber3”ə istinadla xəbər verir ki, bu barədə Asiya Pasifik Təcili Tibbi Koordinatoru Abişek Rimal məlumat verib. O bildirib ki, ölkədə pandemiya və digər xəstəliklərin ağır səviyyəyə çatmasının qarşısını almaq üçün humanitar yardım ən qısa müddətdə bölgəyə çatdırılmalıdır. Əks təqdirdə Myanma pandemiyanın yeni mərkəzi ola bilər.
Qeyd edək ki, Myanmada 24 saat ərzində 72 nəfər koronavirusa yoluxub 1 nəfər ölüb. Ümumilikdə isə 143 min 823 nəfər virusa yoluxub. Ölənlərin sayı isə 3 min 218 nəfərdir.
 

DİGƏR XƏBƏRLƏR

Top