Erməni vitse-spiker mikrofonun açıq olduğunu unudub deputatı təhqir etdi – VİDEO


Ermənistan parlamentinin müstəqil deputatı Taqui Tovmasyan çıxışı zamanı təhqir olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı xəbər yayıb. Belə ki, Tovmasyan dövlət orqanlarının müharibədə ölənlərin qalıqları barədə üzr istəməsinin kifayət etmədiyini deyib. Tənqidi sözləri eşidən vitse-spiker Lena Nazaryan bir neçə saniyə sonra deputatı  susdurulub və ona pıçıltı ilə “axmaq” deyib. 
Parlamentin vitse-spikerinin təhqirindən sonra Taqui Tovmasyan dərhal parlament kürsünü tərk edib. Daha sonra açıqlama verən Tovmasyan bu ifadələrin hökumətin nə qədər təkəbbürünü göstərdiyini deyib. 

DİGƏR XƏBƏRLƏR

Top