NASA Veneraya kosmik gəmi göndərir – 1 milyard dollar vəsait ayrıldı

NASA planetin atmosferini və geoloji tarixini öyrənmək üçün 2028-2030-cu illər arasında Veneraya kosmik gəmi göndərməyi planlayır.
Yeniavaz.com
“CNN Türk”ə istinadla xəbər verir ki, bu barədə NASA açıqlama yayıb. Verilən məlumata görə, göndəriləcək “DAVINCI+” və “VERITAS” adlı iki robotun hər biri üçün təxminən 500 milyon dollar ayrılacaq. “DAVINCI+” Veneranın atmosferinin tərkibini, “VERITAS” isə planetin geoloji tarixini araşdıracaq.

DİGƏR XƏBƏRLƏR

Top