Pentaqon ordu inventarına hipersəs silahlarının daxil edilməsi üçün işlərin sürətləndirilməsi planlarını açıqlayıb.
Yeniavaz.com "TASS"a istinadən xəbər verir ki, bu barədə Pentaqonun tədqiqat və inkişaf departamentinin hipersəs inkişaf etdirmə üzrə direktor müavini Maykl Vayt məlumat verib. Açıqlamada bildirilib ki, 2022-ci il üçün nəzərdə tutulan hərbi büdcə layihəsi sözügedən hədəflərə çatmaq üçün kifayət edir.
Onun sözlərinə görə, Pentaqon havaya atılan qanadlı raketlərin, hücum və müdafiə sistemlərinin inkişaf etdirilməsinə üstünlük verir. Maykl Vayt bu silahların ölçülərinə görə digər silahlardan daha münasib olduğunu da vurğulayıb.
Həmçinin bildirilib ki, Hava və Dəniz Qüvvələri üçün də hipersəs silahların hazırlanması ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı büdcədən 247,9 milyon dollar tələb olunur.