3 Bolqarıstan vətəndaşının, eləcə də onların rəhbəri və ya idarəçisi olduğu 64 şirkətin adı ABŞ tərəfindən qara siyahıya salınıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb. Şəxslərin və şirkətlərin adı korrupsiyada hallandırılır. Bu qərarın ABŞ-da korrupsiyaya qarşı həyata keçirilən ən böyük qərar olduğu bildirilir.
Sözügedən şəxslər 64 yaşlı iş adamı və oliqarx Vassil Krumov Bojkovu, Bolqarıstan parlamentinin keçmiş üzvləri Delyan Pivski və İlko Dimitrov Jelyazkovdur. Qara siyahıya alınan insanların və şirkətlərin gəlirlərinin ABŞ-ın maliyyə sisteminə daxil olmasının qarşısını aldığı bildirilib.
Bolqarıstanın müvəqqəti baş naziri Stefan Yanev məsələdən xəbərdar olduğunu bildirib. Bolqarıstan Xarici İşlər Nazirliyi də bu sahədə əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb.