Ermənistan xarici işlər nazirinin bütün müavinləri istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Bildirilib ki, nazir müavinləri Artak Apitonyan, Avet Adonts və Armen Jondyan istefa verib. Onlar bu gün Ermənistanda keçirilən hökumət iclasında iştirak etməkdən də imtina ediblər.
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bir neçə gün qabaq istefa vermişdi. O, ölkənin mənafelərinə zidd qərarlar veriləcəyini əsas göstərərək bu addımı atdığını bildirmişdi.