Rusiya, Azərbaycan və Ermənistan danışıqları davam etdirmək barədə razılığa gəliblər – TASS


2 iyun 2021-ci ildə Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələri arasında üçtərəfli məsləhətləşmələr keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. Tərəflərin Azərbaycan-Ermənistan sərhədi boyunca bəzi ərazilərdə gərginliyin azaldılması məsələsini müzakirə etdiyi bildirilib: "2 iyun tarixində Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələri arasında üçtərəfli məsləhətləşmələr keçirilib. Ermənistan və Azərbaycanın bəzi sərhəd ərazilərindəki gərgin vəziyyətin həlli yolları müzakirə edilib. Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər". 
Xatırldaq ki, bir neçə gün əvvəl Ermənistan tərəfi regional rabitənin blokdan çıxarılması üzrə üçtərəfli komissiyanın fəaliyyətini dayandırdığını açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top