İsraildə yeni hökumət qururlur, Netanyahu gedir


İsraildə hökuməti qurma vəzifəsi tapşırılan “Yeş Atid” partiyasının lideri Yair Lapid, “Yeş Atid”, “Blue and White”, “Yisrael Beytenu”, “Yamina”, “New Hope”, “Labour”, “Meretz və “Raam” tərəfindən dəstək alaraq yeni koalisya hökuməti qurduğunu bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, “Yeş Atid” partiyasının lideri Yair Lapid yeni hökuməti qurduğu ilə bağlı İsrail prezidentini məlumatlandırıb.
Hökumətdə “Yamina” partiyasının  lideri Naftali Bennet 2 il müddətinə baş nazir vəzifəsini yerinə yetirəcək. 2 il sonra isə vəzifə dəyişikliyinə əsasən, “Yeş Atid” partyasının sədri Yair Lapid baş nazir olacaq.
Bununla da İsrailin hazırkı baş naziri Benyamin Netanyahunun 12 illik hakimiyyəti sona çatır.

DİGƏR XƏBƏRLƏR

Top