Nəşi tapılan hərbçilərlə bağlı – Rəsmi AÇIQLAMA – YENİLƏNİB


Hərbi Prokurorluq nəşi tapılan iki hərbçi ilə bağlı açıqlama yayıb.

Prokurorluqdan Yeniavaz.com-a daxil olan məlumatda qeyd edilir ki, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafayev Elvin Fəxrəddin oğlu və əsgər Yusubov Orxan Allahverdi oğlunun şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.


***09:20


Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, 8 aydır itkin hesab edilən Mustafayev Elvin Fuad oğlunun nəşi tapılıb. Onun cənazəsi bu gün Gəncə şəhərinə gətiriləcək.

Qeyd edək ki, Elvin Mustafayevin nəşi Murovdağ ərazisində tapılıb.

Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top