"Bazarstore"da baş verən yanğından görüntülər – VİDEO


Dünən axşam Bakının Yasamal rayonu ərazisində yerləşən "Bazarstore" mağazalar şəbəkəsinin filialında güclü yanğın olub.

Yeniavaz.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanında yanğın olması barədə məlumat daxil olub.

Qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata əsasən, marketə aid ümumi sahəsi 24 m² olan, dəmir konstruksiyalardan ibarət saxlanma yerində karton tullantıları və pəncərə çərçivəsi 8 m² sahədə yanıb. Yüksək temperaturdan kondisioner və generator qarsalanıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 23:55-də tam söndürülüb. Market yanğından mühafizə olunub.

DİGƏR XƏBƏRLƏR

Top