Bakıda çağırışa gedən təcili tibbi yardım avtomobili ahıl qadını vurdu


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Çağırışa gedən təcili tibbi yardım avtomobili "Yaşıl bazar"ın qarşısında yolu keçən 1953-cü il təvəllüdlü Abdullayeva Telli Tapdıq qızını vurub. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sol baldır sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top