Bu gün istefa verən Səmayə Məmmədovanın vəzifəsi Qabil Mehdiyevə həvalə edilib – DOSYE


Gənclər və İdman nazirliyinin mətbuat xidmətinin icrası müvəqqəti olaraq nazirliyin əməkdaşı Qabil Mehdiyevə həvalə edilib.
Yeniavaz.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Q.Mehdiyev özü məlumat verib.
Qeyd edək ki, Səmayə Məmmədova Gənclər və İdman Nazirliyinin mətbuat katibi vəzifəsindən bu gün istefa verib.
Məlumat üçün bildirək ki, Qabil Mehdiyev "İdman" qəzetinin baş redaktorudur. Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti olan Qabil Mehdiyev  1977-ci il may ayının 1-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1984-cü ildə C.Məmmədquluzadə adına Nehrəm kənd 1 saylı orta məktəbinə daxil olub, 1994-cü ildə həmin məktəbi bitirib.
1994-cü ildə Bakı Sosial İdarətemə və Politologiya İnstitutuna daxil olaraq, 1998-ci ildə həmin institutu politoloq ixtisası üzrə bitirib.
2012-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bakalavr, 2014-cü ildə isə magistr səviyyəsi üzrə bitirib.
1997-ci ildən 2000-ci ilədək «Super Sport» qəzetində müxbir və şöbə müdiri vəzifələrində çalışıb.
24 mart 2000-ci il tarixdən bu günədək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin «İdman» qəzetində baş redaktor vəzifəsində çalışır.

DİGƏR XƏBƏRLƏR

Top