Binəqədi Rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsində intihara cəhd edən şəxslə bağlı açıqlama yayıb.
Məlumatda deyilir:
“2 iyun 2021-ci il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində özünü 1-ci Qarabağ müharibəsinin veteranı kimi təqdim edən Kəlbəcər rayon sakini, 1973-cü il təvəllüdlü Hacıyev Məmmədəli İsgəndər oğlu qanunsuz küçə ticarəti ilə məşğul olmağa cəhd edib. Qanunsuz fəaliyyəti ilə əlaqədar xəbərdarlıq edildiyi zaman üzərinə neft tökərək intihara cəhd edib.
Məlumat üçün bildiririk ki, bundan əvvəllər də bu şəxs Bakı şəhərinin bir çox rayonlarında özünü 1-ci Qarabağ müharibəsinin qazisi kimi təqdim etməklə dövlət mülkiyyətində olan torpaq sahələrini zəbt edərək yaşayış və qeyri-yaşayış obyektlərinin tikintilərinə nail olmaq məqsədilə bu tipli təxribatları törədib”.