Səudiyyə Ərəbistanında 17 yaşlı qadınların avtomobil idarə etməsinə icazə verildi


Səudiyyə Ərəbistanında 17 yaşına çatmış qadınlara sürücülük vəsiqəsi almağa və avtomobil idarə etməyə icazə verilib.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Nəqliyyat Departamenti xəbər yayıb. Verilən məlumata görə, yazılı, praktiki sürücülük imtahanından və sağlamlıq müayinəsindən uğurla keçən qadınlar 1 illik sürücülük vəsiqəsi ala bilərlər. Əgər 1 il ərzində yol hərəkəti qaydalarını pozduqlarına görə cərimə tətbiq edilməsə uzunmüddətli sürücülük vəsiqəsi əldə edə biləcəklər. Əks təqdirdə həmin qadınlara uzunmüddətli sürücülük vəsiqəsi verilməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top