Azərbaycanın siqaret istehsalçısı yeni şirkət təsis edib


Azərbaycanın ən böyük siqaret istehsalçılarından biri yeni şirkət təsis edib.
Yeniavaz.com xəbər verir ki, 2017-ci ildə Sumqayıt Sənaye Parkında fəaliyyətə başlayan və nizamnamə kapitalı 78 milyon 10 min manat olan  “Tabaterra” QSC yeni şirkət yaradıb.
Yeni təsis olunan şirkətin adı “Tabaterra Leaf” QSC olub. 5 min manat nizamnamə kapitalı olan QSC-nin qanuni təmsilçisi Elman Cavanşir Bəşir oğludur.
 

DİGƏR XƏBƏRLƏR

Top