Eyni şəxs bu qurumda həm təmir, həm də elmi tədqiqat işlərini görəcək – MÜƏMMA


Azərbaycan Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Pərivan” MMC (VÖEN-1006771241) və “Balxas” MMC (VÖEN-1006768731) olub.
Ekologiya İnstitutu elmi tədqiqat xidmətləri üçün “Pərivan” MMC-yə 14 min 965 manat, cari təmir üçün “Balxas” MMC-yə isə 34 min 15 manat 7 qəpik ödəniş edəcək.
Məlumat üçün bildirək ki, 50 min manatlıq tender müsabiqəsinin qalibi olan “Pərivan” və “Balxas” MMC-lər cəmi 5 ay əvvəl – ötən ilin dekabr ayının 8-də dövlət qeydiyyatına alınıb.
Hər iki MMC-nin nizamnamə kapitalı (20 manat), hüquqi ünvanı (“Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90”), qeydiyyat tarixi (08.12.2020) və qanuni təmsilçisi (İbrahimov Şəmsəddin Bəhram oğlu) eynidir.
Maraqlıdır ki, eyni ünvanda, eyni şəxs tərəfindən, eyni gündə yaranan şirkətlər fərqli istiqamətlərdə - biri təmir işləri, digəri isə elmi tədqiqat işləri görəcək.
Maraqlı məqamlardan biri də odur ki, ötən ilin iyul-dekabr aylarında “Pərivan” MMC-nin  dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub. Belə ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanda dövlət qeydiyyatına alınan “Pərivan” MMC-nin qanuni təmsilçisi İbrahimov Şəmsəddin Bəhram oğlu eyni zamanda “Balxas”, “Myanmar” və “Komor-2020” MMC-lərin də rəhbəri olub.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də (əsasən coğrafi adlar) bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.
Ötən ilin iyul-dekabr aylarında “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanda qeydə alınan şirkətlər bunlar olub:
Adı Ünvan Nizamnamə kapitalı Qanuni
təmsilçi
Qeydiyyat
tarixi
"Oşuma-2020” Binəqədi rayonu, Mikrorayon 7, ev 26. 20 manat Təhməzov Elnur İbrahim 04.06.2020
"Dənizli” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Əbilov Rolan Əhsən 06.07.2020
"Yolova” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Əbilov Rolan Əhsən 06.07.2020
"Yenıera” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Əliyev Fərid Muxtarpaşa 08.07.2020
"Maskat-LM” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Əliyev Fərid Muxtarpaşa 10.07.2020
"Netgear-2020” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 10 manat Mansurov Rasul Eldəniz 13.07.2020
"Reliance-2020” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 10 manat Mansurov Rasul Eldəniz 13.07.2020
"Vankuver” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Abbasov Əli Fizuli 14.07.2020
"Ncamena” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Abbasov Əli Fizuli 14.07.2020
"Tonota” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 10 manat Səmədov Bayram Salman 17.07.2020
"Tamaqa” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 10 manat Səmədov Bayram Salman 17.07.2020
"Kuala-2020” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Səmədov Səməd Salman 20.07.2020
"Petra-2020” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Səmədov Səməd Salman 20.07.2020
"Bolıvıya” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Abbasov Elməddin Xaləddin 28.07.2020
"6ES04Y4” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Abbasov Elməddin Xaləddin 28.07.2020
"Samoa-LM” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 10 manat Quliyev Nicad Vaqif 28.07.2020
"Uqanda” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 10 manat Quliyev Nicad Vaqif 29.07.2020
"Lesoto” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Hacızadə Vüsal Xaliq 04.08.2020
"Malavı” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Hacızadə Vüsal Xaliq 04.08.2020
“Bazarçay” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Ağayev Fuad Ələddin 13.08.2020
“Anabar” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Ağayev Fuad Ələddin 13.08.2020
“Atray” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Əhədov Səmədağa Vəli 4.09.2020
“Barfonq” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Əhədov Səmədağa Vəli 4.09.2020
“Balxas” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat İbrahimov Şəmsəddin Bəhram 8.12.2020
“Pərivan” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat İbrahimov Şəmsəddin Bəhram 8.12.2020
“Myanmar” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat İbrahimov Şəmsəddin Bəhram 9.12.2020
“Komor-2020” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat İbrahimov Şəmsəddin Bəhram 9.12.2020
“Aqraxan” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Həsrətov Azər Möhtərəm 21.12.2020
“Bukıt 2020” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Həsrətov Azər Möhtərəm 21.12.2020
“Dolles” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Həsrətov Azər Möhtərəm 21.12.2020
“Kanıd-Group” Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90 20 manat Həsrətov Azər Möhtərəm 21.12.2020




































































Onu da qeyd edək ki, “Binəqədi rayonu, Mikrorayon 7, ev 26, m. 90” ünvanında qeydiyyatda olan şirkətlərdən bir çoxu dövlət qurumları tərəfindən keçirilən çoxsaylı tenderlərin qalibi olurlar. Aşağıdakı linklərə daxil olaraq bu barəfdə məlumat ala bilərsiniz:

Bakıdakı “sirli ünvana” bu dəfə 47 min manat getdi - MÜƏMMA

27 min manatlıq tenderi qazanan “6ES04Y4” MMC haqqında MARAQLI MƏLUMATLAR

Tender "canavar"larının Bakıdakı "sirli" ünvanı – SİYAHI

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top