Bakıda yol çökdü


Bakının Şeyx Şamil küçəsində "İçərişəhər" metrostansiyası yaxınlığındakı avtobus dayanacağının qarşısında yol çöküb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlama verib.
Bildirib ki, məsələ ilə bağlı aidiyyəti şöbəyə məlumat verilib: "Əməkdaşlarımız əraziyə baxış keçirib, problemin nədən qaynaqlandığını aydınlaşdıraraq onu qısa müddətdə aradan qaldıracaqlar".

DİGƏR XƏBƏRLƏR

Top